Azərbaycan-Ermənistan şərti sərhədində yanğın olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla
həmsərhəd ərazidə yanğın hadisəsi baş verib.
Bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.
Onun sözlərinə görə, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in
Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının
Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri
yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.