“Azərbaycan, Ermənistan və Rusiyanın regional kommunikasiyaların açılması üzrə
üçtərəfli komissiyası iclaslarını konsensus olmayan məsələlər səbəbindən davam
etdirmir”.
Cixisyolu.com-ın məlumatına görə, bunu Ermənistan parlamentində brifinqdə baş nazirin
müavini Mqer Qriqoryan bildirib.
“Xeyr, iclaslar davam etmir. Bilirsiniz ki, razılaşdırılmalı fundamental
məsələlər var. Konsensus olmayınca detalları müzakirə etmək mənasızdır”, – deyə
o, jurnalistin müvafiq sualına cavab verib.
Üçtərəfli komissiya 2021-ci ilin əvvəlində Moskvada Rusiya, Azərbaycan və
Ermənistan liderlərinin görüşündə yaradılıb. Onlar regionda nəqliyyat və
iqtisadi əlaqələrin qurulmasına diqqət yetirəcək üç ölkənin baş nazir
müavinləri səviyyəsində işçi qrupu yaratmaq qərarına gəliblər.
Regional kommunikasiyaların ən vacib məsələsi Azərbaycanın əsas hissəsi ilə
Naxçıvan MR arasında Ermənistanın Sünik vilayəti vasitəsilə əlaqənin
yaradılması olaraq qalır. Ermənistan tərəfi bildirir ki, bu yalnız Ermənistanın
daxili qanunvericiliyinə uyğun olaraq baş verə bilər.