a422980d-103e-4002-befb-a9ce59ad7386..jpg

Azərbaycan Ermənistandakı Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib

Baxış sayı: 997 dəfə baxılıb.

Azərbaycan Ermənistandakı Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda
keçiriləcək Avropa çempionatı üçün beş ağırlıqqaldıran sifariş edib.

AAAF-in Mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev “Report”a bildirib ki,
heyətdə kişilərdən İsa Rüstəmov (67), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102
kq) və Dadaş Dadaşbəyli (109 kq), qadınlardan isə Nazilə İsmayılova (49 kq) yer
alıb.

Federasiya rəsmisi deyib ki, bu, ilkin siyahıdır və yarışa həmin idmançılardan
kimlərin qatılacağı dəqiq deyil.

Qeyd edək ki, yarış aprelin 15-dən 23-dək keçiriləcək.

Source link