65a8dfb1-6d35-47cd-a667-3db6f6d945cc..jpg

Azərbaycan Ermənistandan təzminat tələb edir

Baxış sayı: 588 dəfə baxılıb.

Azərbaycan Ermənistandan təzminat tələb edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün, 2024-cü il aprelin 12-də Haaqa Sülh Sarayında “Avropanın Vəhşi Təbiəti
və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən,
dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi
məhkəmə prosesi keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən Cixisyolu.com-a məlumat verilib.

Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik
qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına
dair mövcud olan külli miqdarda dəlillər əsasında 18 yanvar 2023-cü il
tarixində Azərbaycan tərəfindən sözügedən ilk arbitraj prosesi başladılıb.

“2020-ci ildə Azərbaycan öz ərazilərinin azad olunmasından sonra Ermənistanın
ətraf mühiti məhv etməsi və onu qorumaması ilə bağlı dəhşətli dəlilləri üzə
çıxarıb. Ermənistanın bu addımları ərazilərimizin təbii yaşayış mühiti və
növlərinə ciddi ziyan vurub, təbii ehtiyatların tükənməsinə səbəb olub, habelə
mövcud biomüxtəlifliyi məhv edib. Ermənistan tərəfindən meşə ərazilərində, o
cümlədən 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət
qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən
fəaliyyəti ilə geniş şəkildə meşələrin qırılması, davamlı surətdə ağacların
kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən çox canlı
təbiət növünü risk altında qoyub”, – deyə məlumatda qeyd edilib.

Diqqətə çatdırılıb ki, bu günədək Ermənistan öz ərazisindən Azərbaycan
ərazisinə axan transsərhəd çayları çirkləndirməklə Azərbaycan ərazisində
biomüxtəlifliyə və canlı təbiətə zərər vurmağı davam edir:

“Azərbaycanın Ermənistana qarşı hüquqi fəaliyyəti bütün növ vəhşi flora və
faunanın populyasiyalarını saxlamaqla bağlı qanuni öhdəliklər kimi sahələrdə
vəhşi flora və faunanın mühafizəsi, bərpası və yaşayış mühitinin
yaxşılaşdırılmasını təmin etmək, habelə konvensiyada sadalanan, o cümlədən köç
edən növlərin qorunması üçün tədbirlər görmək kimi konkret iddiaları özündə
ehtiva edir. Arbitraj çərçivəsində Azərbaycan tribunaldan Ermənistandan Bern
Konvensiyasının bütün davam edən pozuntularına son qoyulmasını və ətraf mühitin
dağıdılmasına görə təzminatın tam ödənilməsini tələb etməyi sorğu edib.
Sözügedən arbitraj ətraf mühitlə bağlı məhkəmə çəkişmələrinin aparılmasında
əlamətdar addım kimi mühüm presedent yaratmaqla yanaşı, biomüxtəlifliklə bağlı
dövlətlərin üzərinə qoyulan beynəlxalq hüquqi öhdəliklərin həqiqətən
effektivliyini təmin edəcək. Bu öz növbəsində, ədaləti təmin etmək üçün ciddi
səydir”.

Source link