cbbcc6e7-c8b3-4148-b632-57485d450059..jpg

Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərin azad olunmasını tələb edir

Baxış sayı: 714 dəfə baxılıb.

Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərin azad olunmasını tələb
edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb
edir”.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin
xidmətindən bildirilib.

Qeyd olunub ki, Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və
Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Məlumata görə,
hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin
aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.

“Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus
torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən
qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki,
bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin
azad olunmasını tələb edir.

Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin
delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların
“işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə
(Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar
mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.

Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında
olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad
edilməsi məsələsi də həll olunacaq”.

Source link