e2c292bb-9b1c-44c6-8f42-0bc844c3cb2d.png

Azərbaycan Ermənistanın silahlanmasına cavab tədbirləri üçün müdafiə xərclərini KƏSKİN ARTIRDI

Baxış sayı: 26 dəfə baxılıb.

Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və
xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh
edib.

“Report”un məlumatına görə, nazirlik bəyan edib ki, Prezident İlham Əliyevin
göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738
milyon manat artırılaraq 8 milyard 396.3 milyon manata çatdırılıb.

Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab
tədbirlərinin görülməsi ehtiyacıdır.

“Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət
büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin
ediləcək”, – deyə nazirlik bəyan edib.

Source link