Azərbaycan etiraz etdi, Brüsseldəki məruzə ləğv olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Belçikanın paytaxtı Brüsseldə keçirilmiş Avronest Parlament Assambleyasının
(PA) Enerji Təhlükəsizliyi Komitəsində Avropa Parlamentinin üzvünün hazırladığı
məruzə ölkəmizə qarşı qərəzli olduğu üçün Azərbaycan nümayəndə heyəti sənədi
etirazla qarşılayıb.
“Report” xəbər verir ki, deputatla aparılan görüşlər kompromis variant
hazırlamaq üçün nəticə vermədiyindən məruzənin tamamilə ləğvinə nail olunub.
Müzakirədə çıxış edən deputatlar Vüqar Bayramov, İltizam Yusifov və Razi
Nurullayev enerji təhlükəsizliyi və yeni enerji infrastrukturlarının inşa
edilməsində Azərbaycanın rolu, yaşıl enerjiyə keçidin vacibliyi, Azərbaycanda
COP29 tədbirinin keçirilməsinin dünyaya verəcəyi töhfə haqda fikirlər
səsləndirib.
İclasda Azərbaycanın təklifi ilə növbəti iclas üçün məruzənin mövzusu “Şərq
Tərəfdaşlığı ölkələrində daha dayanıqlı gələcəyə doğru qarşılıqlı əlaqəli
enerji sisteminin çağırışlarının paradiqması” olaraq seçilib.