Azərbaycan Farer adaları ilə üz-üzə

Baxış sayı: 2. 415 dəfə baxılıb.

Azərbaycan Farer adaları ilə üz-üzə

Bu gün, noyabrın 17-də, UEFA Millətlər Liqasının IV turu çərçivəsində Azərbaycan millisi Farer adaları komandası ilə qarşılaşacaq.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək.

Qrupun digər oyununda Malta komandası Kosovo yığmasını qəbul edəcək.

D liqasının 3-cü qrupunda yer alan Qurban Qurbanovun yetirmələri dörd turdan sonra altı xalla ikinci pillədə qərarlaşıb. Kosovo yığması səkkiz xalla qrup lideridir. Farer adalarının dörd, Malta yığmasının isə iki xalı var.

www.ÇıxışYolu.Com