Azərbaycan filmi Türkiyədə keçirilən festivalın mükafatını qazanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ankarada (Türkiyə) keçirilən 8-ci Beynəlxalq Türk Dünyası Sənədli Film
Festivalında rejissor Ərturan Nəcəfi Gölün “Novruznamə” (“Nowruz”) Azərbaycan
qısametrajlı filmi “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında qalib
olub.
“Urmiya Gənc Kinematoqrafçılar Dərnəyi” və “Buta Film”in birgə istehsalı olan
filmin prodüserləri Sevinc Məmmədova və Ərturan Nəcəfi Göl, həmprodüseri isə
“Buta Film”in rəhbəri İlqar Nəcəfdir.
Qeyd edək ki, builki “Türk Dünyası Sənədli Film Festivalı”na ümumilikdə 371
müraciət olub. Onlardan müsabiqənin şərtlərinə uyğun 152 sənədli film seçilərək
festivala qəbul edilib. Festivalın 41 nəfərdən ibarət münsiflər heyətinin
rəhbəri türkiyəli rejissor Ferda Gürcandır.
Mənbə: Medya Haber Sitesi