cd05b0f8-76c4-4453-9af2-d515ed3c84dc..jpg

Azərbaycan Fransada keçirilən dünyanın ən böyük əmlak bazarında təmsil olunub

Baxış sayı: 826 dəfə baxılıb.

Azərbaycan Fransada keçirilən dünyanın ən böyük əmlak bazarında təmsil olunub

Azərbaycan Fransanın Kann şəhərində keçirilən daşınmaz əmlak üzrə beynəlxalq
tədbirdə (MİPİM) – dünyanın ən böyük əmlak bazarında təmsil olunub.

Azərbaycanın Fransadakı Səfirliyindən “Report”a verilən məlumata görə, ADREFA
(Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üzrə Assosiasiya),
Azərbaycanın Fransadakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində illik əsasda
keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (“Le Marché International des
Professionnels de l’Immobilier” – MIPIM) Azərbaycanı təmsil edir.

Martın 17-dək keçirilən beynəlxalq tədbir dünyanın ən böyük əmlak bazarı hesab
edilir. Belə ki, o, dünya üzrə daşınmaz əmlak sahəsindəki peşəkarları bir araya
gətirən, onlar üçün əlaqələrin yaradılması, şəbəkələrin qurulması və
sənədləşməni əhatə edən beynəlxalq platformadır.

Tədbir çərçivəsində ADREFA Azərbaycanın daşınmaz əmlak sektoru, bu sahədə əldə
olunan inkişaf, həyata keçirilən layihələr, habelə potensial tərəfdaşlara və
sərmayədarlara bir sıra investisiya imkanları üzrə məlumat təqdim edir.

Tədbirdə iştirak respublikamız və ölkəmizdəki investisiya imkanları barədə
məlumatlandırma ilə yanaşı, Azərbaycan və Fransa arasında iqtisadi sahədə
əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Source link