acf1ca54-248a-4a3d-a143-6d3e4c03dd52..jpg

Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib – FOTO/VİDEO

Baxış sayı: 690 dəfə baxılıb.

Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib
– FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Karate Federasiyasının (AFK) tərkibindəki Azərbaycan Fullkontakt
Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib.

Cixisyolu.com xəbər verir ki, tədbirə 600-dən çox uşaq, yeniyetmə və gənc idmançı
qatılıb.

Seminara 60-dan çox məşqçi və müəllimlər də cəlb olunub.

Gəncə, Lənkəran, Yevlax və digər bölgələrin idmançıları da burada iştirak
ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib, ardınca şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.

Daha sonra AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi ilə
karatenin kyokuşin şinkyokuşin, şorinciryu kenkokan və aşihara növləri üzrə
seminar start götürüb.

Sonda bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Koşiki Karate-do Federasiyasının prezidenti Rafael
Bünyatov, fəxri prezidenti isə Adnan Əhmədzadədir.


Source link