54fc1f5a-e6d5-470e-b6cd-a0dceb900f8e..jpg

Azərbaycan futbol üzrə dünya çempionatını keçirə bilər

Baxış sayı: 558 dəfə baxılıb.

Azərbaycan futbol üzrə dünya çempionatını keçirə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan hərbçilər arasında növbəti dünya çempionatına (CISM World Football
Cup 2025) ev sahibliyi edə bilər.

Prosport.Az-ın xəbərinə görə, hazırda Beynəlxalq Hərbi İdman Şurası (CISM)
2025-ci ildə keçiriləcək dünya çempionatı üçün Azərbaycanın namizədliyini də
nəzərdən keçirir.

Bundan başqa, daha 2 ölkə də bu yarışı keçirməyə namizəddir. Ancaq 2013-cü
ildə ilk dünya çempionatının və bu il güləş üzrə XXXVI dünya çempionatının
Bakıda uğurlu təşkili Azərbaycanın namizədlər arasında şanslarını çoxaldıb.

Yanvarda CISM İdarə Heyəti bu məsələni müzakirəyə çıxaracaq və bundan sonra
Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi və AFFA ilə danışıqlar aparılacaq.

Qeyd edək ki, 2013-cü ildə keçirilmiş hərbçilər arasında futbol üzrə ilk dünya
çempionatı 2013-cü ildə Azərbaycanda keçirilib. Komandamız həmin yarışda 4-cü
olub. 2017-ci ildə isə 2-ci dünya çempionatı Omanın paytaxtı Maskatda baş
tutub. 2021-ci ildə bu yarış Misirin paytaxtı Qahirədə keçirilməli olsa da,
pandemiya səbəbindən ləğv olunub.

Source link