abc5de9b-d323-4efd-8f1f-43a228a69d31.jpg

Azərbaycan futbolunda MARAQLI HADİSƏ – Meydana 10 nəfərlə çıxıb, 9:0 uduzdular

Baxış sayı: 35 dəfə baxılıb.

Azərbaycan İkinci Liqasının 7-ci turu çərçivəsində baş tutan “Göygöl” –
“Füzuli” qarşılaşmasında maraqlı hadisə yaşanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, “Füzuli” komandası “Göygöl”lə matça 10 nəfərlə çıxmalı olub.

Səbəb kimi klubun səfər oyununa aparmağa futbolçu tapa bilmədiyi göstərilir.

Bu gün saat 15:00-da Göygöl Olimpiya İdman Kompleksinin stadionunda başlayan
görüş ev sahibinin 9-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Source link