322b62b6-4f23-453e-a6a2-5419d2d692e5..jpg

Azərbaycan futbolunda son yeddi mövsümün rekordu qeydə alınıb

Baxış sayı: 1. 147 dəfə baxılıb.

Azərbaycan futbolunda son yeddi mövsümün rekordu qeydə alınıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan futbolunda son 7 mövsümün rekordu qeydə alınıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu, II Liqanın X turuna təsadüf edib.

“Dinamo”nu qəbul edən “Şahdağ Qusar” qonaqların qapısından 9 cavabsız top
keçirib. Bu, son 7 mövsümdə PFL-in bayrağı altında keçirilən bütün yarışların
ən böyükhesablı nəticəsidir.

Ən azı 9 top fərqli qələbə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınıb. Düz 7
il əvvəl – 2016-cı il noyabrın 8-də I divizionda mübarizə aparan “Zaqatala”
“Energetik”ə daha böyük fərqlə qalib gəlib – 10:0.

Qeyd edək ki, bir oyunda 9 qolun vurulmasına cari çempionatda ikinci dəfə
təsadüf olunub. II Liqada “Kür-Araz” “Kürmük Qax”ı 6:3 hesabı ilə məğlub edib.
Bir komandanın ən azı 9 qol vurması isə sonuncu dəfə 2017/18 mövsümündə
əvəzedicilər liqasında gerçəkləşib. “Qəbələ-2” “Sumqayıt-2”yə 9:1 hesabı ilə
qalib gəlib.

Source link