b782a86a-7581-4c23-bf52-3c72a0f0a1ff..jpg

Azərbaycan gəncləri Qərbin maliyyələşdirdiyi bəzi media şəbəkələrinə necə qoşulurlar? – ARAŞDIRMA + VİDEO

Baxış sayı: 741 dəfə baxılıb.

Azərbaycan gəncləri Qərbin maliyyələşdirdiyi bəzi media şəbəkələrinə necə
qoşulurlar? – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə “Toplum” TV-nin ofisində axtarış-əməliyyat tədbirləri həyata
keçirilib.

Belə ki, “Toplum” TV Qərb institutları tərəfindən maliyyələşdirilib

Pullar şəbəkəyə Gürcüstan vasitəsilə ötürülüb. TV-yə rəhbərlik edənlər bu
fəaliyyətin təşkili üçün Qərb fondlarından yüz minlərlə dollar həcmində
vəsaitlər alıblar. Məsələlərdən xəbərsiz olan gənclərə isə çox az məbləğdə
vəsait verilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, onlar bu vəsaitlə məsələnin
mahiyyəti barədə xəbəri olmayan gəncləri öz dövlətinə qarşı fəaliyyətə cəlb
ediblər. Buna görə də bu prosesə aldadılaraq cəlb olunmuş şəxslər sərbəst
buraxılıb.

Sözügedən media qurumlarında Azərbaycan haqqında bir dənə də olsun müsbət
xəbər görmək mümkün deyil. Çünki onlar ancaq sosial, ictimai, siyasi
istiqamətlər üzrə cəmiyyətdə narazılığın artırılması, gərginliyin yaradılması
və inkişaf etdirilməsi yönündə xidmət göstərirlər.

Azərbaycanın hüquq-mühafizə orqanlarının bu kimi dırnağarası “azad” media
orqanlarına qarşı mübarizə aparmasına qarşı xarici mediada qarayaxma
kampaniyası davam etdirilir, Azərbaycan əleyhinə əsassız ittihamlarla dolu
materiallar verilir. Bütün bu işlərin arxasında isə Qərb, konkret olaraq ABŞ
dayanır. O ABŞ ki, orda mətbuat konfransında sual verən jurnalisti zorla,
sürüyərək zaldan çıxarırlar. Öz daxilində hər hansı xarici təsiri qadağa edən,
buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən
də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu
əməllərə qarşı tədbir görüləndə isə, xarici mediada həmin ölkəyə qarşı çirkin
kampaniyalar təşkil edilir.

Ətraflı “Xəzər Xəbər”in süjetində:


Source link