Azərbaycan gimnastı Avropa Oyunlarına vəsiqə qazandı

Baxış sayı: 3. 052 dəfə baxılıb.

Azərbaycan gimnastı Avropa Oyunlarına vəsiqə qazandı

Polşanın Şetsin şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi İvan Tixonov təsnifat mərhələsində 79,198 xalla 23-cü olub.

ÇıxışYolu.Com xəbər verir ki, o bu nəticə ilə final mərhələsinə vəsiqə qazanıb.

Həmçinin rusiyalı legionerimiz olan İvan Tixonovun nəticəsi onun iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanmasına səbəb olub.

Bakıda keçirilmiş Dünya Kubokunun gümüş mükafatçısı Nikita Simonov zəif nəticə ilə yadda qalıb. O 12 apreldə baş tutacaq final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, bu gün qadınların yarışında Azərbaycanı Marina Nekrasova təmsil edəcək.