67d37a2c-9944-4c96-b795-b468d479189f..jpg

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib – YENİLƏNİB + FOTO

Baxış sayı: 487 dəfə baxılıb.

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib – YENİLƏNİB +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü
Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər
proqramında finala yüksəlib.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.

Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan
milli komandasının üzvü Nikita Simonov halqalarla hərəkətlərdə, Nazənin
Teymurova isə dayaqlı tullanmada Dünya Kubokunun finalına yüksəlib.

Qeyd edək ki, aprelin 17-dən 20-dək Qətərin paytaxtı Dohada kişi və qadın
idman gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir.

18.04.2024, 10:02

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı
Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

Cixisyolu.com federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərin
yarışında Nikita Simonov halqalar üzrə proqramı uğurla yerinə yetirərək
həlledici mərhələyə yüksəlib.

Qadınlarda isə dayaqlı tullanma proqramında Nazənin Teymurova finala vəsiqə
qazanıb.

Qeyd edək ki, yarışa aprelin 20-də yekun vurulacaq.

Source link