25904ef4-d8f4-4b49-82f2-d0aaad27dc27..jpg

Azərbaycan gimnastı Dünya Kubokunun finalına vəsiqə qazandı

Baxış sayı: 692 dəfə baxılıb.

Azərbaycan gimnastı Dünya Kubokunun finalına vəsiqə qazandı

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda
keçirilən Dünya Kubokunun finalına yüksəlib.

Cixisyolu.com xəbər verir ki, idmançı qadınlar arasında fərdi təsnifatda uğurla çıxış
edərək buna nail olub.

İkinci qrupda yer alan 20 yaşlı gimnast ümumilikdə 21 iştirakçı arasında ən
yüksək üçüncü göstəriciyə imza atıb. İlk cəhdində hakimlərdən 53.370 xal alan
Mahsudova finalda iştirak hüququna yiyələnib. Azərbaycan təmsilçisi ikinci
cəhdə ehtiyac duymayıb.

Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun 8 idmançı arasında
keçiriləcək final raundu fevralın 19-da olacaq.

Source link