Azərbaycan gimnastika millisi beynəlxalq turnirdə bürünc medal qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bədii gimnastika üzrə Azərbaycan millisi Estoniyada keçirilən “Tallinn Open”
beynəlxalq turnirində bürünc medal qazanıb.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, komanda böyüklər və gənclər arasında buna nail olub.
Böyüklər – İlona Zeynalova, Alina Məmmədova və Mədinə Dəmirova, gənclər – Şəms
Ağahüseynova, İlahə Bahadirova, Gövhər İbrahimova və Fidan Qurbanlı komanda
hesabında üçüncü yeri tutublar.