Azərbaycan gimnastları “AGF Trophy” turnirinin son günündə 13 medal qazanıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində
son qaliblər müəyyənləşib.
Cixisyolu.com-ın məlumatına görə, yarışın axırıncı günündə idmançılarımız 13 medal
qazanıblar.
Böyüklər arasında milli üzvləri Nazənin Teymurova iki qızıl (gimnastika tiri,
sərbəst hərəkətlər), İvan Tixonov bir qızıl (dəstəli at), bir gümüş (turnik),
Mənsum Səfərov bir qızıl (turnik), Rəsul Əhmədzadə bir gümüş (dəstəli at) medal
qazanıblar.
Yeniyetmələrdə isə Albina Aliyeva birinci (gimnastika tiri) və ikinci (sərbəst
hərəkətlər), Məhəmməd Rüstəmzadə birinci (turnik), Emin Xankişiyev ikinci
(dəstəli at) və üçüncü (turnik), Aynaz Məcidzadə (sərbəst hərəkətlər) və Hüseyn
Qəhrəmanov üçüncü (dəstəli at) yeri tutublar.