b110b953-76d2-4d41-b9de-435a77d7a3ec..jpg

Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medal qazanıblar

Baxış sayı: 545 dəfə baxılıb.

Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medal qazanıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində
medal qazanan azərbaycanlı idmançılar mükafatlandırılıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, böyüklər arasında mübarizə aparan gimnastlarımız ayrı-ayrı
alətlər üzrə hərəkətlərdə medallara layiq görülüblər.

Azərbaycan millisinin üzvləri Nikita Simonov halqalarda qızıl, İvan Tixonov
paralel qollarda qızıl, halqalarda bürünc, Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə
qızıl, paralel qollarda bürünc, Nazənin Teymurova dayaqlı tullanmada qızıl,
müxtəlif hündürlüklü qollarda bürünc, Murad Ağarzayev isə sərbəst hərəkətlərdə
gümüş medal qazanıb.

Qeyd edək ki, Bakıda təşkil olunan “AGF Trophy” beynəlxalq turnirinə bu gün
yekun vurulacaq.

Source link