d6ae0c48-9873-4a0d-bd6b-f5878ac49f1d..jpg

Azərbaycan gimnastları Almaniyada daha iki gümüş medal qazandılar

Baxış sayı: 902 dəfə baxılıb.

Azərbaycan gimnastları Almaniyada daha iki gümüş medal qazandılar

Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə keçirilən
beynəlxalq turnirdə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə
Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı
gənclərdən ibarət qrup hərəkətləri komandamız daha iki gümüş medala layiq
görülüb.

Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, gimnastlarımız
beş top və beş iplə hərəkətlərin icrasına görə ikinci olublar.

Daha əvvəl gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri gümüş
medala layiq görülüblər.

Source link