Azərbaycan gimnastları Dünya Kubokunda dörd medal qazanıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstanın Burqas şəhərində
keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.
Cixisyolu.com xəbər verir ki, komanda sözügedən yarışı dörd medalla bitirib.
Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü və Zəhra Rəşidova, Anahita
Bashiri və Nəzrin Zeyniyeva ibarət üçlük qızıl mükafata sahib çıxıblar.
Murad Rəfiyev və Daniel Abbasovdən ibarət cütlük, Riad Səfərov, eləcə də
Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Seyidli Rəsul ibarət kvartet isə Dünya
Kubokunda 2-ci pilləni tutub.