Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede
şəhərində təşkil olunacaq Dünya Kubokunda mübarizə aparacaq.
“Report”un məlumatına görə, bu gün startı veriləcək mötəbər yarışda 4
idmançımız qüvvəsini sınayacaq.
Baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında Vladimir Dolmatov, Mədinə
Mustafayeva, Xədicə Quliyeva və Dilarə Qurbanova çıxış edəcəklər.
Martın 24-dək davam edəcək Dünya Kubokunda beynəlxalq dərəcəli hakim Lalə
Hüseynova Azərbaycanı hakim kimi təmsil edəcək.