3c9e31dd-e416-4ccb-b814-88ce5fb20e8e..jpg

Azərbaycan gimnastları finala vəsiqə qazanıblar

Baxış sayı: 479 dəfə baxılıb.

Azərbaycan gimnastları finala vəsiqə qazanıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı beynəlxalq
yarışda iştirak edən bədii gimnastika üzrə Azərbaycan millisinin üç üzvü fərdi
çıxışda final mərhələsinə vəsiqə qazanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat
Xidməti məlumat yayıb.

Sofiya Məmmədova top və halqa, Şəms Müvəffəqi lentlə, Dəniz Abdulzadə isə
gürzlərlə hərəkətlərin icrasında həlledici mərhələyə adını yazdırıb.

Qeyd edək ki, yarış aprelin 19-u, 21-i aralığında keçirilir.

Source link