Azərbaycan gimnastları Portuqaliyada keçirilən turnirdə gümüş medala layiq
görülüblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyada
keçirilən 12-ci Kantanhede Beynəlxalq açıq turnirində gümüş medal qazanıblar.
Cixisyolu.com xəbər verir ki, Xədicə Quliyeva, Arzu Ağayeva və Leyla Bejanovadan
ibarət üçlük fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Martın 20-si start götürən yarışa bu gün yekun vurulacaq.