7ec0e19a-1bb5-40f2-91ef-9ff290929355..jpg

Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb – SƏRƏNCAM

Baxış sayı: 1. 446 dəfə baxılıb.

Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi
göstərilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC

xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma
güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa
çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş
Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat
ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 18-də də Azərbaycan Güləş
Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə
qazanması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş
Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat
ayrılıb.

Source link