51388791-9697-4c66-b5f0-74b0f73db6ad..jpg

Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb -YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 514 dəfə baxılıb.

Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya
qazanıb -YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın sərbəst güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir
lisenziya qazanıb.

Cixisyolu.com xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bu
dəfə Osman Nurmaqomedov bunu reallaşdırıb.

86 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı pəhləvan Avropa çempionu olan
ukraynalı Vasili Mixaylonu yarımfinalda 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Turan
Bayramov (74 kq) da olimpiadaya lisenziya qazanıblar.

19:24

Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov Paris-2024 Yay Olimpiya
Oyunlarında iştirak hüququ əldə edib.

Cixisyolu.com xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda
keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu reallaşdırıb.

23 yaşlı pəhləvan yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan
İtaliya təmsilçisi Frank Çamizonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb.
Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) də
olimpiadaya lisenziya qazanıblar.

19:18

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev (65 kq) ardıcıl
üçüncü dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Cixisyolu.com xəbər verir ki, üçqat dünya və dördqat Avropa çempionu Bakıda keçirilən
Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.

32 yaşlı idmançı yarımfinalda Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı
ilə qalib gəlib.

H.Əliyev Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medala yiyələnib.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) də olimpiadaya lisenziya
qazanıb. Daha əvvəl isə digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) bunu
bacarmışdı.

18:24

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay
Olimpiya Oyunlarına lisenziya qazanıb.

Cixisyolu.com xəbər verir ki, 26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya
Təsnifat turnirində bunu bacarıb.

26 yaşlı Avropa çempionu Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan
güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə
ilə ayrılıb.

Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə
yüksəlib. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya
lisenziya əldə etmişdi.

16:40

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Bakıda keçirilən Avropa
Olimpiya Təsnifat turnirində üçüncü görüşünə çıxıb.

“Report” xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final
mərhələsində Bolqarıstan təmsilçisi Maqomed Ramazanovla qarşılaşıb.

Rəqibinə 6:2 hesabı ilə qalib gələn Nurmaqomedov Paris-2024 Yay Olimpiya
Oyunlarına lisenziya şansını davam etdirib. O, yarımfinalda Vasili Mixaylovla
(Ukrayna) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan
Bayramov (74 kq) və Georgi Meşvildişvili (125 kq) də yarımfinala adlayıblar.

13:40

Azərbaycanın daha bir sərbəst güləşçisi Georgi Meşvildişvili Bakıda keçirilən
Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

“Report” xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı yarışa 1/4
finaldan qoşulub.

O, İtaliya təmsilçisi Abraham Konyedo ilə qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə
qalib gələn Meşvildişvili yarımfinala yüksəlib.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq)
1/4 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) yarımfinala
adlayıblar.

12:28

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya
Təsnifat turnirinə qələbə ilə başlayıb.

“Report” xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/8
final mərhələsində isveçrəli Tobias Portmannı üstələyib.

Görüş təmsilçimizin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Əliabbas
Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıblar.

11:27

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya
Təsnifat turnirinə uğurlu start götürüb.

“Report” xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və
dördqat Avropa çempionu təsnifat mərhələsində Fransanı təmsil edən Xamzat
Arsamerzoyevi üstələyib.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn 32 yaşlı idmançı 1/4 finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala adlayıb.

11:12

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə bu gün yekun
vurulacaq.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, son gündə sərbəst güləşçilər mübarizə aparacaqlar.

Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə
güləşəcək. Hacı Əliyev (65 kq) eyni raundda Fransanı təmsil edən Xamzat
Arsamerzoyevi sınağa çəkəcək.

Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmannla qarşılaşacaq.
Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib
gəlməyə çalışacaq.

Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham
Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk iki gündə 4 yunan-Roma və 5 qadın güləşçimiz uğursuz çıxış
edib.

Source link