ddf7ee5c-efad-4ceb-b47c-bbb75093e4c3..jpg

Azərbaycan güləş millisinin kapitanı Avropa çempionatını da buraxacaq – YENİLƏNİB

Baxış sayı: 721 dəfə baxılıb.

Azərbaycan güləş millisinin kapitanı Avropa çempionatını da buraxacaq –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada
keçiriləcək Avropa çempionatını buraxacaq.

Bu barədə “Report”a üçqat dünya və dördqat Avropa çempionu məlumat verib.

32 yaşlı idmançı bildirib ki, apreldə Bakıda təşkil olunacaq Avropa Olimpiya
Təsnifat turnirinə hazırlaşmaq məqsədilə Xorvatiyada keçiriləcək “Zaqreb Open”
(10-14 yanvar) və Rumıniyanın paytaxtı Buxarestdə (12-18 fevral) baş tutacaq
Avropa çempionatına qatılmayacaq: “Əsas məqsədim Paris-2024 Yay Olimpiya
Oyunlarına lisenziya qazanmaqdır. Bu üzdən Avropa Olimpiya Təsnifat turnirinə
hazırlaşıram”.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turniri aprelin 5-7-si aralığında
paytaxtımızda təşkil ediləcək.

13:36

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyevin Xorvatiyada
keçiriləcək “Zaqreb Open” turnirinə aparılmamasının səbəbi müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Sərxan
Musayev “Report”a açıqlamasında 32 yaşlı üçqat dünya və dördqat Avropa
çempionunun çəki salmamaq üçün bu addımı atdığını bildirib.

O, “Zaqreb Open”də iştirak edən güləşçilərin az çəki salanlar olduğunu
bildirib:

“Onlarda ciddi problem olmur. Burada idmançılar çəki salaraq güləşirlər. Hər
güləşçi öz çəkisindən maksimum iki kq artıq ola bilər. Hacı Əliyev isə 4-5 kq,
hətta bəzən daha çox çəki salır. Hərbçilər arasında dünya çempionatında da 70
kq çəkidə güləşmişdi. Hacının yaşını da nəzərə alsaq, o, il ərzində ən yaxşı
halda iki dəfə çəki sala bilər. Bu da böyük interval olmaq şərti ilə”.

AGF rəsmisi Hacı Əliyevin əsas diqqəti Avropa Olimpiya Təsnifat turnirinə
yönəltdiyini söyləyib:

“Komanda hazırda təlim-məşq toplanışının fiziki hazırlıq mərhələsindədir. Bu
dönəmdə güləşçilər çəki salmırlar. Hacı Əliyevin əsas məqsədi isə Avropa
Olimpiya Təsnifat turnirinə hazırlaşmaqdır. İndi çəki salsa, həmin yarış
ərəfəsində yenidən çəkisini azaltmalı olacaq. İl ərzində bir neçə dəfə çəki
salan idmançı isə formada olmur. Çünki fiziki hazırlıq zamanı idmançı yaxşı
qidalanmalıdır”.

Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri
reytinq xarakterlidir. Sərbəst güləş millimiz yarışda 9 nəfərlə mübarizə
aparacaq.

Source link