0e03be8e-0084-4fab-9695-361170242388..jpg

Azərbaycan güləşçisi ardıcıl ikinci dəfə dünya çempionu olub

Baxış sayı: 658 dəfə baxılıb.

Azərbaycan güləşçisi ardıcıl ikinci dəfə dünya çempionu olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın çimərlik güləşçisi İbrahim Yusubov ardıcıl 2-ci dəfə dünya
çempionu olub.

“Report” xəbər verir ki, o, Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində
keçirilən yarışda buna nail olub.

İ.Yusubov 90 kq çəki dərəcəsində Dünya Seriyasının Final mərhələsində gümüş
medal qazanıb. Seriyanın 5 mərhələsinin yekununa əsasən, hamıdan çox xal
toplayan güləşçi dünya çempionu titulunu qoruyub.

Əvvəlki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Oyan Nəzəriani
(+90 kq) medal kolleksiyasını tamamlayıb. O, bu dəfə bürünc mükafata sahib
çıxıb. Ramiz Həsənov (70 kq) isə yekunda 4-cü yeri tutub.

Qeyd edək ki, çimərlik güləşi üzrə millinin baş məşqçisi kimi fəaliyyət
göstərən Oyan Nəzəriani bu yarışda idmançı karyerasını başa vurub.

Source link