547619c8-c5b1-4e65-b2e5-1422b29f7986..jpg

Azərbaycan güləşçisi Bakıdakı turnirdə məğlub oldu – YENİLƏNİB + FOTO

Baxış sayı: 487 dəfə baxılıb.

Azərbaycan güləşçisi Bakıdakı turnirdə məğlub oldu – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa
Olimpiya Təsnifat turnirində mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda
Almaniya təmsilçisi Lukas Aleksandros Lazoqianisə 5:7 hesabı ilə məğlub olub.

13:43

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bakıda keçirilən Avropa
Olimpiya Təsnifat turnirində qələbə qazanıb.

“Report” xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda
Ukrayna təmsilçisi Aleksey Masiki mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu gün həmçinin Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa
qoşulacaq. Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya
Oyunlarına vəsiqə qazanacaq.

11:57

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa
Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

“Report” xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idman təsnifat
mərhələsində norveçli Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) üz-üzə
gəlib.

Rəqibinə qalib gələn (9:1) Kandelaki 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu gün həmçinin Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və
Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.

10:10

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.

Cixisyolu.com-ın məlumatına görə, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə
başlayacaqlar.

Turnirin birinci günündə Azərbaycanın dörd pəhləvanı qüvvəsini sınayacaq.
Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8
finaldan yarışa qoşulacaqlar. Onlar müvafiq olaraq Aleksey Masik (Ukrayna),
Turpal Bisultanov (Danimarka) və Aleksandar Styepanetiçlə (İsveç) üz-üzə
gələcəklər. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya
üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.

Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya
Oyunlarına vəsiqə qazanacaq.

Daha çox şəkil burada: PhotoStock.az

Source link