Azərbaycan güləşçisi beynəlxalq turnidə gümüş medal qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın sərbəst güləşçisi Musa Ağayev (65 kq) Türkiyənin Antalya
şəhərində keçirilən Yaşar Doğu & Vehbi Əmrə turnirini medalla başa vurub.
Cixisyolu.com xəbər verir ki, 18 yaşlı idmançı beynəlxalq turnirin gümüş mükafatına
yiyələnib.
Digər sərbəst güləşçilərdən Zirəddin Bayramov, Murad Haqverdiyev (hər ikisi 65
kq), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kq) və Qadjimurad
Maqomedsaidov (97 kq) uğursuz nəticə göstəriblər.
Yarışın son günündə – bu gün Ceyhun Allahverdiyev (61 kq), Maqomed-Başir
Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər
ikisi 79 kq), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kq) xalça
üzərinə çıxacaqlar.