843cfc59-7618-41b2-97d7-1a0a1963ad3b..jpg

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

Baxış sayı: 857 dəfə baxılıb.

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirinin 4-cü günündə
Azərbaycan güləşçisi Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün
ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, təcrübəli yunan-Roma
güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb.

Qadın güləşi

53 kq

Təsnifat mərhələsi: Elnurə Məmmədova – Li Denq (Çin) *5:5

1/8 final: Elnurə Məmmədova – Karla Qonzales (Kanada) 0:4

Yunan-Roma güləşi

63 kq

1/4 final: Taleh Məmmədov – Şermuxammad Şaribcanov (Özbəkistan) 8:1

1/2 final: Taleh Məmmədov – İman Hüseyn Məhəmmədi (İran) *4:4

Final: Taleh Məmmədov – Arif Hüseyn Məhəmmədi (İran) 7:2

67 kq

1/8 final: Həsrət Cəfərov – Luiz Sançes (Kuba) 1:5

Source link