d2e0eb95-f7a0-41b3-9c2c-fa9948065dd8..jpg

Azərbaycan, Gürcüstan və Ermənistan baş nazirlərinin üçtərəfli görüşünün mövzusu AÇIQLANDI

Baxış sayı: 592 dəfə baxılıb.

Azərbaycan, Gürcüstan və Ermənistan baş nazirlərinin üçtərəfli görüşünün
mövzusu AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov
və erməni həmkarı Nikol Paşinyanla üçtərəfli görüşünün müzakirə mövzusunu
açıqlayıb.

APA xəbər verir ki, hökumət başçısı “Facebook” paylaşımında həmkarları ilə
görüş zamanı hər üç ölkənin marağına cavab verən irimiqyaslı regional
layihələri müzakirə etdiyini bildirib.

“Tbilisi İpək Yolu Forumu çərçivəsində Ermənistan və Azərbaycanın baş
nazirlərini qonaq etmək imkanına görə çox şadam, belə ki, biz birlikdə Cənubi
Qafqazın gələcəyi, həyata keçirilməsi hamımızın ortaq marağına cavab verən
irimiqyaslı regional layihələr barəsində danışa bildik. Biz BMT tribunasında
bəyan etdiyim sülh təşəbbüsü çərçivəsində, ölkələrimizin xeyrinə regionda sülh,
sabitlik və iqtisadi inkişaf istiqamətində səylərimizi davam etdirməyə
hazırıq”, – Qaribaşvili bildirib.

Source link