7c76bc27-2b48-49e4-bc26-a314402d5bd4..jpg

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib”

Baxış sayı: 578 dəfə baxılıb.

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XVI turun oyunları
keçirilib.

Cixisyolu.com xəbər verir ki, çempionatın lideri “Kür”lə onun ən yaxın izləyicisi
“Azəryol” komandası üz-üzə gəlib. Mingəçevirdə keçirilən oyunu beynəlxalq
dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Qarşılaşmanın
deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.
Meydançaya favorit qismində çıxan “Kür” ilk dəqiqələrdən təşəbbüsü ələ almaqla
hesabda irəli çıxmağı bacarıb. Hücumların daha dəqiq zərbələrlə sona
çatdırılması və qapıçı Aleksandr Milenkoviçin seyvləri ev sahibinin üstünlüyə
yiyələnməsi ilə nəticələnib. Qonaqlar oyunun gedişində fərqi üç topa endirməyə
nail olsalar da hissənin sonluğunu daha inamlı keçirən “Kür” fasiləyə üstün
yollanıb – 16:10.

Vidadi Əliyevin komandası ikinci hissədə vəziyyəti dəyişməyə çalışsa da
rəqibin müqavimətini qırmaq mümkün olmayıb. Ayuba, Simiç, Lekoviç kimi
həndbolçuların təşkil etdiyi hücumlar daha effektiv alınıb ki, bu da hesab
arasındakı fərqin bir qədər də artmasına gətirib çıxarıb. Rəqibi əksər
göstəricilərdə üstələyən Mingəçevir həndbolçuları oyuna nəzarəti sonadək əldən
verməyiblər və maraqlı mübarizə ilə yadda qalan görüş 34:27 hesabı ilə başa
çatıb. Bu qələbə ilə xal sayını 24-ə yüksəldən “Kür” zirvədəki mövqeyini
qoruyub. “Azəryol” la “Bakı”nın hərəyə 20 xalı var. “Qarabağ” 16 xalla 4-cüdür.
“Təhsil” 6, “Dinamo” ilə “İdman Akademiyası” hərəyə üç xalla sonrakı pillələrdə
qərarlaşıb.

Source link