bccbb326-f2e7-46ee-9230-e2265306cf3f..jpg

Azərbaycan həndbol çempionatı: “Qarabağ” ardıcıl ikinci qələbəsini qazanıb

Baxış sayı: 499 dəfə baxılıb.

Azərbaycan həndbol çempionatı: “Qarabağ” ardıcıl ikinci qələbəsini qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həndbol üzrə Azərbaycan çempionatında II turun oyunları keçirilib.

Qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları arasında baş tutan
görüşdə rəqibini 30:26 hesabı ilə məğlub edən birincilər çempionatda ardıcıl
ikinci qələbəni qazanıblar.

İlk turda məğlub olan “Kür” bu dəfə “İdman Akademiyası”nı üstələyib – 38:12.

Kişilərdən ibarət “Kür” komandası da etimadı doğruldub. “Dinamo”nun qonağı
olan Mingəçevir təmsilçisi böyükhesablı qələbə qazanıb – 50:20. “Qarabağ” isə
“İdman Akademiyası” ilə oyunda azarkeşlərini sevindirib – 38:24. Startı uğursuz
alınan “Təhsil” bu dəfə “Bakı” ilə görüşü məğlubiyyətlə bitirib – 16:37.

İki turdan sonra qadınların yarışına dörd xalla “Qarabağ” başçılıq edir.
“Azəryol”, “Kür”, “İdman Akademiyası” və “Bakı” hərəyə iki xalla sonrakı
pillələrdə qərarlaşıblar. “Gənclər Birliyi”nin hesabında xal yoxdur.

Hərəyə dörd xalı olan “Kür” və “Qarabağ” kişilərin çempionatında şərikli
liderlərdir. “Bakı” və “İdman Akademiyası” iki xalla 3-4-cü yerlərdədir.
“Azəryol”, “Təhsil” və “Dinamo” hələ də xal qazana bilməyiblər.

Source link