b69d944d-e8fa-4e13-ba04-d213bd04ec6b..jpg

Azərbaycan hərbçiləri İtaliyada – FOTO

Baxış sayı: 543 dəfə baxılıb.

Azərbaycan hərbçiləri İtaliyada – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya
Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik
yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində hərbi qulluqçularımız İtaliyanın Hərbi
Dənizçilik Akademiyasının komandanlığı və Livorno şəhərinin meri ilə görüşüblər.

“Həmçinin təmsilçilərimiz digər iştirakçı ölkələrin nümayəndələri ilə birgə
parad və yarış bayraqlarının təhvil-təslim mərasimində, eləcə də yarışa
hazırlıq məqsədilə keçirilən dəniz məşqlərində iştirak ediblər”, – deyə
məlumatda vurğulanıb.

Source link