ce75ab8e-7068-4b0d-860e-78adc3457fdc..jpg

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər – FOTO/VİDEO

Baxış sayı: 432 dəfə baxılıb.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin
hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri
(HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili
mövzusunda taktiki təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və
gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuş aparatları
cəlb edilib.

Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər
Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda HHQ-nin aviasiya
vasitələri ilə birgə dəniz enerji infrastrukturunun hava hücumundan
müdafiəsinin təşkili, şərti düşmən hədəflərinin məhv edilməsi, eləcə də digər
döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.

Bundan başqa təlimdə gəmi taktiki qruplarının rayonda lövbərə dayanması və
lövbərdən çıxması, hava hücumundan və sualtı diversiya əleyhinə müdafiənin
təşkili üzrə fəaliyyətlər də müvəffəqiyyətlə icra olunub.

İki mərhələdə keçirilən taktiki təlimdə HDQ və HHQ-nin şəxsi heyəti qarşıya
qoyulan bütün tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirib.


Source link