0165665d-b60b-460c-aa99-73996792dca7..jpg

Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb – FOTO/VİDEO

Baxış sayı: 1. 156 dəfə baxılıb.

Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb – FOTO/VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq
planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq
etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra
praktiki uçuşlar həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə
aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə
yetirilir.

Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə
tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur.


Source link