eebe6418-1315-45d7-9ab9-3c3fb893b67a.jpg

Azərbaycan Halal Biznes və Turizm Forumu keçiriləcək

Baxış sayı: 45 dəfə baxılıb.

Bu ilin 8-9 oktyabr tarixlərində Bakı şəhərində ilk dəfə Azərbaycan Halal
Biznes və Turizm Forumu (AZHAB Forum) keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
məlumat yayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə
keçiriləcək tədbir “Caspian Event Organisers” MMC, İslam Əməkdaşlıq Təşkilatı
(OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf
Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və
Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya
İnstitutu (SMIIC) tərəfindən dəstəklənir.

İki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni
əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək,
Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Forum konfrans və sərgi olmaqla iki hissədən ibarət olacaq. Konfransda qida,
turizm, maliyyə və s. kimi istiqamətlər üzrə inkişaf perspektivləri, müvafiq
sahədə standartlaşdıma məsələləri müzakirə ediləcək, təcrübə mübadiləsi
aparılacaq. Konfrans çərçivəsində panel müzakirələr də təşkil ediləcək. Forumun
sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin
istehsal etdiyi məhsul və xidmətlər nümayiş olunacaq.

Ümumilikdə forumda dünyanın müxtəlif regionlarından olmaqla, 20-yə yaxın
ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq
təşkilatların nümayəndələri, iş adamları iştirak edəcəklər.

Source link