c3f27f5e-08ba-40ba-85ca-1a86efb9d636..jpg

Azərbaycan HDQ Türkiyə modelinə uyğunlaşdırılır – FOTO

Baxış sayı: 516 dəfə baxılıb.

Azərbaycan HDQ Türkiyə modelinə uyğunlaşdırılır – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin
(HDQ) imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, konfransda əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin
və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda
canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçılarını salamlayan birinci dərəcəli kapitan Teymur Mürşüdov
Azərbaycan Ordusunun digər bölmələrində olduğu kimi, HDQ-nin də Türkiyə
modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib
ki, aparılan islahatlar çərçivəsində müasir tələblərə cavab verən
ştat-strukturun qurulması, hərbi qulluqçuların peşəkarlığının daha da
artırılması məqsədilə müxtəlif təlim və kursların keçirilməsi nəzərdə tutulub.

Birinci dərəcəli kapitan T.Mürşüdov vurğulayıb ki, konfransın keçirilməsində
əsas məqsəd HDQ-nin modernləşdirilməsi, eləcə də yenidənqurulması istiqamətində
işlərin daha effektiv və səmərəli təşkil olunmasıdır.

Qeyd olunub ki, konfransda Xəzər dənizinin hüquqi statusu və regiona təsir
edən konfliktlər, HDQ-nin şəxsi heyətinin xidməti, əməliyyat və döyüş
hazırlığının təşkili və digər aktual mövzular üzrə müzakirələrin aparılması
planlaşdırılır.

Sonda “Hərbi Dəniz Qüvvənin əməliyyat fəaliyyəti” üzrə aktual olan bir sıra
mövzular haqqında brifinqlər təqdim olunub, fikir mübadiləsi aparılıb.

Source link