df07e1a0-d5bd-4202-90e3-109e0ba27d8b..jpg

Azərbaycan icması “Der Spiegel” jurnalından Qarabağla bağlı dezinformasiya yaymamağı tələb edib

Baxış sayı: 908 dəfə baxılıb.

Azərbaycan icması “Der Spiegel” jurnalından Qarabağla bağlı dezinformasiya
yaymamağı tələb edib

Almaniyada fəaliyyət göstərən Azərbaycan icması “Der Spiegel” jurnalına
etirazınıbildirib .

Bremen Azərbaycan Mədəniyyət Evinin adından jurnalın redaksiyasına ünvanlanan
məktubda bildirilib ki, Almaniyada yaşayan Azərbaycan icması nəşrin xəbər
portalında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi
olan Qarabağla bağlı separatist yönümlü, birtərəfli, yalan reportajların
yayılmasından narahatlıq keçirir.

Qeyd edilib ki, jurnalın “Səkkiz milyard” podkastında ölkəmizlə bağlı
deyilənlər press-kodeksin 2-ci və 3-cü bəndlərinə ziddir. Çünki şifahi məlumat
həqiqətə uyğun deyil, müsahibə dəqiqləşdirilməmiş, qərəzli və şəxsi fikirlərə
əsaslanıb, Qarabağla bağlı faktlar təhrif edilib və dərc olunub.

Soydaşlarımız redaksiya heyətini jurnalistikanın etik standartlarına əməl
etməyə və jurnalist neytrallığını qoruyub saxlamağa çağırıblar.

Source link