Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə doqquz medal qazanıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan üzgüçüləri Rusiyada Universitetlər arasında keçirilən “Rektor
Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər.
Cixisyolu.com Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər
verir ki, Rusiyanın Kazan şəhərində 4-5 may tarixlərində keçirilən turnirdə
üzgüçülərimiz ümumilikdə iki qızıl, dörd gümüş, üç bürünc medal qazanıblar.
Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32
regionundan 1 084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15
universitet komandası yarış mükafatları uğrunda yarışıblar. İlk gündə
idmançılar beş yaş qrupu üzrə 75 mükafat dəsti uğrunda mübarizə aparıblar.
Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m və 50 m batterflyay üsulunda
qızıl medal, Fatimə Alkərəmova isə 100 m sərbəst üsulda bürünc medala sahib
olublar.
Yarışların ikinci günündə də idmançılarımız yüksək nəticələr göstəriblər. Belə
ki, Əbdürrəhman Rüstəmov 100 m batterflyay üsulunda 2-ci yer, 200 m qarışıq
üsulda 2-ci yer, 200 m sərbəst üsulda 2-ci yeri qazanıb. Digər idmançımız Rəşad
Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib.
Qeyd edək ki, xanım üzgüçümüz Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2-ci, 200
m qarışıq üsulda isə 3-cü yerə sahib olub.