3baf8806-773f-46a7-8ead-def8122a0ae0..jpg

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub

Baxış sayı: 1. 100 dəfə baxılıb.

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub

Azərbaycan idmançılarının ötən ay beynəlxalq turnirlərdə qazandıqları
medalların sayı bəlli olub.

“Report”un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov mart
ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.

Nazir ay ərzində yarışlarda 70-dək medalın əldə olunduğunu vurğulayıb:

“Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası,
akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks,
stolüstü tennis, karate, parakarate və digər idman növlərində uğurlarımız oldu”.

Fərid Qayıbov 23 yaşadək sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl
ikinci dəfə Avropa çempionu olduğunu xatırladıb:

“Üç qızıl, bir gümüş və bir bürünc medal qazanan yığmamızın 140 xalla titulunu
qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir”.

Source link