Azərbaycan idmançısı güc idman növündə dünya çempionu olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan idmançısı Əli Əsgərov güc idman növündə dünya çempionu olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən
verilən məlumata görə, o, Rusiyanın paytaxtı Moskvada keçirilən ilk dünya
çempionatında (“World Championship Powersport WPSO”) birinci yeri tutub.
Benç-press növündə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 190 kiloqramlıq
ştanqı sinəsi üzərinə qaldırıb. Yarışda dünyanın müxtəlif ölkələrindən 300-dən
çox idmançı mübarizə aparıb.
Qeyd edək ki, Naxçıvan regional miqrasiya baş idarəsində çalışan Əli Əsgərovun
güc idman növləri üzrə Avrasiya çempionluğu, pauerliftinq üzrə dünya
üçüncülüyü, Azərbaycan çempionluğu, ölkə Qran-prisində birinciliyi var.