Azərbaycan idmançısı Rusiyada keçirilən dünya çempionatında iki qızıl medal
qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan pauerliftinqçisi Rövşən Xəlilov Rusiyanın paytaxtı Moskvada WRP
(World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatında uğurlu
çıxış edib.
Cixisyolu.com xəbər verir ki, 75 kq çəki dərəcəsində yer alan idmançı ümumilikdə
707.5 kq-ın (squat hərəkətində 245 kq – yeni Azərbaycan rekordu, deadlift
hərəkətində 292.5 kq – yeni dünya rekordu, bench press hərəkətində isə 170 kq),
iki hərəkətin cəmində isə 462,5 kq-ın ( bench press + deadlift) öhdəsindən
gələrək iki qızıl medala sahib çıxıb.
O, iki il əvvəl Azərbaycan çempionatında ayağından zədə aldığı üçün uzun
müddət yarışlara qatıla bilməmişdi.
Beşqat dünya çempionu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli
Xilasetmə Xidmətinin əməkdaşıdır. O, öz qələbəsini FHN-nin yaranma gününə həsr
etdiyini bildirib.