759564f4-cad3-4423-9a98-40cf243a9000..jpg

Azərbaycan ilə Britaniyanın müttəfiqliyin pərdəarxası – TƏHLİL

Baxış sayı: 1. 000 dəfə baxılıb.

Azərbaycan ilə Britaniyanın müttəfiqliyin pərdəarxası – TƏHLİL

Böyük Britaniya Qərbin Azərbaycana qarşı xor kampaniyasına qoşulmur, əksinə,
daha böyük ideallarla Cənubi Qafqazın lider dövlətinin yanında yer almağa
çalışır. Son illərdə baş verən bir sıra proseslərdə biz bunun əyani nümayişini
görürük. Londonun Bakını özünə dost qismində görməsinin tarixi səbəbləri də var.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dünyanın fövqəldövlətlərindən biri olan Böyük Britaniya güc siyasəti
metodlarını müxtəlif formalarda həyata keçirir və ekspansiyasının sərhədlərini
dünyanın dörd bir yanına doğru uzadır. London Ukrayna müharibəsinin
başlanacağını əvvəldən hesablayaraq özünü Avropa İttifaqı ailəsinin üzvlüyündən
xaric etdi. Bununla da meydana çıxa biləcək saysız-hesabsız risklərdən minimal
itkilərlə sığortalanan nəticələrə kökləndi.

Böyük Britaniya Avropa İttifaqından sipər kimi istifadə etməklə qoca qitədəki
hökmranlığının davamını gətirir və paralel olaraq Asiya qitəsindəki nüfuz
arealını genişləndirir. London gah süni əlaqələr vasitəsilə, gah da açıq
tərəfdaşlıq prinsipləri ilə öz məqsədlərinə doğru mətin addımlarla irəliləyir.

Britaniya bu gün də keçmişi ilə yaşayır

Yəni nə Ukraynadakı müharibə, nə dünyanın digər coğrafiyalarındakı
irili-xırdalı münaqişələr vaxtı ilə kolonial siyasətdə master-klass keçmiş
Böyük Britaniyanın ekspansiya siyasətini dayandırmır. Britaniya özünə yön alan
təhdidlərin önlənməsində Avropa İttifaqından qalxan kimi istifadə edir, eyni
zamanda yeri gələndə Avropanın mühafizəçisi kimi rol alır. Çünki Avropa
İttifaqının təhlükəli zəhərli təhdidlərlə üzləşməsi Britaniyanın özünün
maraqlarını zərbə altında qoyur.

Böyük Britaniya xaricilərin torpaqlarına, üfürdükcə şarın üzərində genişlənən
nöqtələr nəzərilə baxır. Yəni regionlarda üfürülən hər bir gücü öz yanına doğru
çəkməklə onları strateji tərəfdaş qisminə çatdırır.

London qlobal qüvvələr tarazlığına məxsusi önəm verir və bu balansın
pozulmasını mutasiyaya uğramış siyasi varlıqlar dünyaya gətirən proses kimi
qiymətləndirir.

Buna görə də Britaniyanın arqumentləri daha dərindir. O, həm yaradır, həm
yönləndirir, həm də “öldürür”, ta o zamana qədər ki, öz strateji hədəfləri
istənilən nəticələri versin.

Güc siyasətində Azərbaycanın yeri

Britaniya güc siyasətini stimullaşdıraraq regional güclərin həssas tellərinə
necə toxunmaq lazım olduğunu yaxşı bilir. Ancaq regional balansı tamamilə öz
xeyirlərinə dəyişdirə bilən qüvvələrin strateji hesablamaları Londonu daha
ehtiyatlı və çoxkombinasiyalı gedişlərə vadar edir. Buradan isə ortaya bir
model çıxır: güc nisbətindəki uğurlu dövlətlərlə tərəfdaşlığa strateji baxışı
dəyişdirmək.

Baxışlardakı redaktələrin nişanələrini Britaniyanın Cənubi Qafqaz siyasətində
görmək olur. Elə buradan start götürərək Britaniyanın Azərbaycanın strateji
tərəfdaşına çevrilməsinə işıq salmaq zərurəti meydana çıxır.

Böyük Britaniya Qərbin Azərbaycana qarşı xor kampaniyasına qoşulmur, əksinə,
daha böyük ideallarla Cənubi Qafqazın lider dövlətinin yanında yer almağa
çalışır.

Böyük Britaniyanın Azərbaycanı dost qismində görməsinin tarixi səbəbləri də
var. O mənada ki, vaxtı ilə London regionu Rusiyaya uduzmuşdu. SSRİ-nin
dağılmasından sonra isə Böyük Britaniya 70 illik nisgilini Moskva üzərində
qələbə ilə əvəzləmək üçün Cənubi Qafqaza girişdi və Bakının enerji cazibəsinin
təsirində dövrə vurmağa başladı.

Pərdəarxasındakı yönləndirmədə məharətli ustad olan Böyük Britaniya heyrətamiz
uğurlarla Moskvanın təsirini neytrallaşdırdı. London xarici siyasətinin “sağ
qolu” olan BP vasitəsilə Azərbaycandakı enerji resurslarının istismarında pay
sahibi oldu və beləliklə, strateji tabloda Bakının xeyrinə dönüş başlandı.

Böyük Britaniya İkinci Qarabağ Müharibəsində Azərbaycana siyasi dəstək
göstərməklə sadiqliyini nümayiş etdirdi və böyük maraqla Cənubi Qafqazda
yaranacaq yeni reallıqlara hazırlandı.

İzlər dörd istiqamətə aparır

Bununla da Britaniya Cənubi Qafqazdakı postmünaqişə reallıqlarında
maraqlarının izlərini regiona möhür kimi qoydu. Bu ləpirlərin Britaniyanı hara
aparması isə maraqlı nüansları üzə çıxara bilər.

Birinci, düşünmək lazımdır ki, görəsən, Britaniya postkonflikt
gerçəkliklərinin hansı başqa nəticələrə səbəb olacağını hesablayır?

Bu sual ətrafında var-gəl edərkən qlobal planlarda İrana qarı səylərin
birləşdirilməsi cəhdlərinin üzərindən sükutla keçmək düzgün olmaz.

Deməli, Böyük Britaniyanın bəlkə də birinci hədəflərindən biri İrana qarşı
tutumunu genişləndirmək üçün regiondakı yeni reallıqlardan yararlanmaqdır.

İkinci istiqamət Rusiya ilə əlaqəlidir, Britaniya Cənubi Qafqazı Rusiyanın
izolyasiyasından qurtarmaq və Kremlin mövqelərini dağıtmaq prinsipini əlində
rəhbər tuta bilər. Azərbaycanın Ermənistan üzərindəki həlledici qələbəsi
Britaniyaya bu şansı verir. Hərçənd ki, Moskvanın qəliblərini sındırmaq elə də
asan məsələ deyil.

Üçüncü axarda Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə Britaniyanın ağlabatan
strateji nəticələrə nail olmaq istəkləri dayanır. Britaniya açılması gözlənilən
dəhlizin strateji açarlarını əlində tutmaq niyyətində ola bilər.

Dördüncü, Britaniya Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki “yaşıl
enerji”nin inkişaf etdirilməsi ilə gələcəyin enerji xəritəsində özünün
həlledici pay sahibi olmasını və layihələrə çıxış məqsədlərini tamamlamaq
istəyir.

Britaniya Fransanın Cənubi Qafqazdakı maraqlarını çıxdaş edir?

Britaniya hədəflərinə çatmaq üçün Azərbaycanı həm ikitərəfli münasibətlər, həm
də çoxvektorlu platformalarda dəstəkləməyə davam edə bilər. Bu qənaətə gəlmək
olar ki, London Azərbaycanı təhlükəsizlik üçün tutarlı kəşfiyyat məlumatları
ilə təmin edəcək.

Britaniya Azərbaycan-Türkiyə strateji müttəfiqliyini,
Azərbaycan-Türkiyə-Pakistan üçbucağını gücləndirməyi, Türk Dövlətləri
Təşkilatını dəstəkləməklə, Fransanın Cənubi Qafqazdakı maraqlarını çıxdaş edib,
öz profilini gücləndirə bilər.

Source link