b0acc766-c276-489a-b786-bb30f5458d3e..jpg

Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub – FOTO

Baxış sayı: 647 dəfə baxılıb.

Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın
inkişafı müzakirə olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə
heyəti Milli Müdafiə Universitetini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər
Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və
tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın
cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ətraflı fikir
mübadiləsi aparılıb.

Sonra özbəkistanlı nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində
fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olublar. Hərbi İdarəetmə
İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor,
polkovnik Bəbir Quliyev institutun fəaliyyəti barədə məlumat verib.

Səfər çərçivəsində qonaqlar, həmçinin Milli Müdafiə Universitetinin Heydər
Əliyev adına Hərbi İnstitutunda da olublar.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətən
müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə
kompleksi ziyarət edilib, gül dəstələri düzülüb.

Özbəkistan nümayəndə heyəti institutun ərazisindəki muzeydə ulu öndərin həyat
və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək
sözlərini yazıb.

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov
qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri
müzakirə edib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Source link