8384f432-9e52-4141-ade5-501817014232..jpg

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb – FOTO

Baxış sayı: 509 dəfə baxılıb.

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş
imzalanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində imzalanan yeni sazişin
detalları açıqlanıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin
rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı noyabrın 13-də
Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb.

Sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və
turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.

Sənəddə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təbliğatın
təşviqi, qarşılıqlı mədəniyyət günlərinin, müxtəlif mədəni tədbirlərin
keçirilməsi, ədəbiyyat, təsviri və tətbiqi incəsənət, musiqi, film
festivalları, müsabiqə və konfranslarda iştirakla bağlı müddəalar yer alıb.
Sazişdə qeyri-maddi mədəni irs, eləcə də iki ölkənin muzey və kitabxanaları
arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də öz əksini tapıb.

İmzalanma mərasimindən sonra iki ölkənin nazirləri media nümayəndələri
qarşısında çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə
təşəkkürünü bildirən Adil Kərimli sazişin əhəmiyyətini yüksək qiymətləndirib.
Qeyd edilib ki, sənəd ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişaf
etdirilməsi, bu sahədə hüquqi bazanın genişləndirilməsini nəzərdə tutur.

Nazirin çıxışında vurğulanıb ki, Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il
tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin qardaş
ölkədə daha geniş təbliği məqsədilə Türkiyədəki səfirliyimizin tabeliyində
Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəz iki ölkənin mədəniyyət
sahəsində əməkdaşlığına öz töhfəsini verəcək.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da mədəniyyət
sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini qeyd edib. Bildirilib ki, sənəd
qardaş ölkələrimizin möhkəm təməllər üzərində inkişaf edən mədəni əlaqələrində
yeni səhifə açacaq.

Source link