Azərbaycan – İngiltərə oyununun hakimləri açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının
seçmə mərhələsində İngiltərə ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
Cixisyolu.com-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu
görüşü Bosniya və Herseqovinadan olan referilərə həvalə edib.
“Azərsun Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Antoni Bandiç
olacaq. Ona Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim
funksiyasını Mateo Musa yerinə yetirəcək.
Qeyd edək ki, martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə oyunu saat
16:00-da başlayacaq. Yığmamız bundan dörd gün sonra eyni məkanda Ukraynanı
qəbul edəcək.